Məktəblinin məktubu

   67 nömrəli məktəbin VI "a" sinif şagirdi Mədinə Muradovanın "21 Sentyabr-Sülh günü" münasibəti ilə vitseprezident Mehriban xanım Əliyevaya ünvanladığı məktub.

"Salam, əziz və hörmətli Mehriban xanım!
Bu məktubu yazan Sabunçu rayonu 67 nömrəli məktəbin VI "a" sinif şagirdi Mədinə Muradovadır.
Sizə ünvanladığım bu məktubda ifadə etdiyim arzular əminəm ki, yalnız mənim deyil, bütün uşaqların arzusudur.
Mən sülh istəyirəm!
Özüm müharibənin canlı şahidi olmasam da, böyüklərimdən, müəllimərimdən, televiziya kanallarından aldığım məlumatlar məni çox narahat edir. Müharibə gedən bölgələrdəki uşaqların, körpələrin çəkdiyi çətinlikləri, məruz qaldıqları işgəncələri düşündükcə məni qəhər boğur. Onların acınacaqlı halı gözümdə canlandıqca bu dünyada müharibəyə səbəb olanlara, insanlar arasında nifaq toxumu əkənlərə nifrətim artır. Hətda balaca bir qarışqa əzilsə belə, insanın ürəyi sızladığı halda, körpələrə, yaşlılara qıyan, insanlığa zülm edənlərin hansı ürəyə sahib olduğu sual altındadır.
Hörmətli Mehriban xanım Əliyeva!
Sizdən bu ölkənin gələcəyinin təminatçısı olan uşaqlar adından bir xahişim var. Ölkəmizdə hökm sürən sabitliyin, əminamanlığın yad qüvvələr tərəfindən pozulmasına imkan verməyin. Artıq bundan sonra Azərbaycanımızda müharibə olmasın. Bir daha Xocalı soyqırımında olduğu kimi körpələr, yaşlılar işgəncə görməsinlər. Heç bir uşaq atasını, anasını müharibədə itirməsin.
Mən sülh istəyirəm!
Biz sülh istəyirik!

Ölkələr arasında müharibə olmasın,
Körpələrin qəlbində kədər məskən salmasın.
Atılmasın güllələr, bitsin dava döyüşlər,
Heç bir uşaq atasız, həm anasız qalmasın.
İstəmirik var-dövlət, istəmirik biz zinət,
Sülhü bəxş edin bizə, bölünməsin bu millət!
Sülhü bəxş edin bizə! Sülhü bəxş edin bizə!"

 

https://youtu.be/RMnUfjpZQyU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi