67 nömrəli tam orta məktəbdə ilk dərs günü

   Təhsil naziri Ceyhun Bayramovun imzaladığı müvafiq əmrə əsasən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs məşğələsi V-IX siniflərdə “Mütailə–mənəvi zənginliyə aparan yol” mövzusuna həsr olundu.
Əmrin icrası məqsədi ilə 67 nömrəli tam orta məktəbin direktor müavini Məleykə Muradova ilk dərs saatının təsadüf etdiyi sinifdə mütaliənin faydalarından bəhs etmiş, şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparmışdır.
Çıxışına Ulu öndərimiz, əbədiyaşar liderimiz Heydər Əliyevin dəyərli fikirləri ilə başlayan müəllim qeyd etmişdir ki, “kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir”.
Mütaliə insanlar üçün fasiləsiz artmaqda olan sosial tələbatdır. Mütaliə insanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir göstərən ictimai əlaqə sistemidir. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına imkan yaradır.
Sonda şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi üçün mütləq şəkildə bu işə ailələri cəlb etməyin önəmli olduğunu vurğulayan Məleykə Muradova şagirdlər üçün gətirdiyi hədiyyələri onlara təqdim etmiş və “Kim daha tez oxuyacaq” devizi ilə müsabiqəyə start vermişdir. Müsabiqənin şərtlərinə əsasən şagirdlərdən kim onlara təqdim olunan kitabı tez oxuyub bitirər və kitabın mövzusu haqqında danışarsa qalib gələcək və növbəti hədiyyəni qazanacaq. Müsabiqənin digər əsas şərti şagirdin kitabı valideynləri ilə birlikdə oxumasıdır.
Yeni tədris ilində bütün təhsilalanlara və təhsilverənlərə müvəffəqiyyətlər diləyir və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi