Məktəbin və məktəblinin dostları

   Bu ildən etibarən 67 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu” layihəsi tətbiq olunmağa başlayıb.
Məktəbdə şagird kontingentinin sıx olduğunu nəzərə alsaq bu layihənin tətbiqinin böyük əhəmiyyətə malik olduğunu əminliklə deyə bilərik.
“Məktəblinin dostu” layihəsinin icraçılarının əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması, hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməkdir. Müəllimlərin olduğu kimi onların da əsas məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsini təmin etmək, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır.
Belə məsuliyyətli və şərəfli işdə məktəbin və məktəblinin dostlarına müvəffəqiyyətlər diləyir və yeni dərs ilinin hər kəs üçün uğurlu keçməsini arzu edirik.

 

https://www.facebook.com/mekteblinindostu/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi