67 nömrəli məktəbdə yeni dərs ilinin başlanması təmtəraqla qeyd olundu

   16 sentyabr 2019-cu il tarixində 67 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması və "Bilik günü" münasibəti ilə tədbir keçirildi.
Tədbir zamanı ənənəvi olaraq tələbə adı qazanmış məzunlar ali məktəblərə doğma təhsil ocağından yola salındılar.
Tədbirdə qonaq olan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov öz çıxışında hər kəsi yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi və bu məktəbdə müəllimlərlə şagirdlər arasında çox güclü bağlılıq olduğunu qeyd etdi.
Məktəbdə bu ildən etibarən "Məktəblinin dostu" layihəsi icra olunmağa başladığı üçün icraçılar şagirdlərə təqdim olundular.
İbtidai siniflərin korpusunda isə hər il olduğu kimi bu il də I siniflərin təmtəraqlı qarşılanma mərasimi keçirildi. 2019-2020-ci dərs ilinin ilk məşğələsinin mövzusu ibtidai siniflərdə "İdman və sağlamlıq" olduğu üçün şagirdlər mövzuya uyğun olaraq öz idman nailiyyətlərindən bəhs etdilər və istedadlarını nümayiş etdirdilər. Sonda məktəbin qadınlardan ibarət yığma futbol komandası olan "Aslanlar" tədbirdə qonaq oldular.
67 nömrəli məktəbin kollektivi adından bütün təhsilverənləri və təhsilalanları yeni dərs ilinin başlanması və "Bilik günü" münasibəti ilə təbrik edir, hər kəsə uğurlar diləyirik.

 

https://www.facebook.com/67SayliOrtaMekteb/

https://youtu.be/JEobm0-wRgI

https://youtu.be/zhVOoi5997E

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi