Kiçik Akademiyanın Sabunçu rayonu üzrə Regional Mərkəzinin I iclası

   9 sentyabr 2019-cu il tarixində 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”-sının təşkilatçılığı ilə Sabunçu rayonu üzrə Regional Mərkəzin I iclası keçirildi. Tədbir Sabunçu Rayonu Gənclər Evində baş tutdu. İclas Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. İclasda Sabunçu rayonu məktəblərinin nümayəndələri iştirak etdilər. Regional bölmənin rəhbəri KA-nın prezidenti S. Şahverdiyev çıxış edərək məktəbin fəaliyyət planı, rayon səviyyəsində görüləcək işlər barədə danışdı. Sonda yeni ideyaları, layihələri olan məktəblərin nümayəndələri çıxış edərək öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi