67 nömrəli məktəbin növbəti uğuru

   03 sentyabr 2019-cu il tarixində Sabunçu rayonu ərazisində yerləşən 74 nömrəli tam orta məktəbin futbol meydançasında Bakı Şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə müəssisə və təşkilatlar arasında mini-futbol üzrə turnir keçirilmişdir. Turnirdə 67 nömrəli tam orta məktəbin qadınlardan ibarət "Aslanlar" adlı yığma futbol komandası digər rəqiblər yarışdan imtina edərək geri çəkildiyi üçün birinci olmuş və növbəti qələbəyə imza atmışdır.
Eyni zamanda 67 nömrəli məktəbin kişilərdən ibarət yığma komandası birinci olaraq qalib gəlmişdir.
Sonda qalib komandaların üzvləri Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
Qaliblərimizi məktəb kollektivi adından təbrik edir, hər zaman birinci olmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi