Bakıda İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu (İSMF) keçirilib

   “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə baş tutan İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumuna iki mindən çox müəllim qatılıb.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra rəqs ansamblının çıxışı olub.
Forumda Millət vəkili Qənirə Paşayeva, Millət vəkili Sona Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, "Çinar Yayımları" nın təsisçisi Bəhram Oruclu, Təhsil Şurasının sədri, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya kafedrasının professoru Hikmət Əlizadə çıxış edərək öz fikirlərini səsləndirdilər.

Tədbirdə İsmayıllı rayon İstisu kəndinin ibtidai sinif müəllimi Şahid Muradlıya, uşaq yazıçısı Sevinc Nuruqızına və Bakı şəhər 23 saylı orda məktəbin müəllimi Solmaz Abdullayevaya Forumun təşkilat komitəsinin təsis etdiyi Nəsib Bəy Yusifbəyli mükafatı təqdim edilib.

On üç müəllim isə "Çinar Yayımları"nın "Uğur" mükafatı ilə təltif olunub. Mükafatları 'Çinar Yayımları" nəşriyyatının icraçı direktoru Əli Hənifəyev və "APA Groups"un rəhbəri Vüsalə Mahirqızı təqdim edib.

Qeyd edək ki, Forumda 67 nömrəli məktəbin direktor müavinləri Məleykə Muradova və Səbahət Ağayeva, məktəbin bir qrup ibtidai sinif müəllimi iştirak edib.

 

https://www.facebook.com/1472054933112178/posts/2361429077508088/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi