Yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi

   67 nömrəli tam orta məktəbdə 7 sentyabr tarixində 2019-2020-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.
İclasda ötən tədris ilinin qəbul nəticələri, buraxılış imtahanlarında şagirdlərin zəif nəticə göstərdiyi fənlər, yeni tədris ilində qarşıda duran məsələlər, ilk dərs gününün siniflər üzrə mövzuları və s. müzakirə olundu.
Direktor İradə Bayramova məktəbin qadınlardan ibarət yığma komandası olan "Aslanlar"ı və kişilərdən ibarət yığma komandasını yay tətili ərzində əldə etdikləri idman nailiyyətləri münasibətilə təbrik etdi. Belə ki, məktəbin komandası çimərlik voleybolu yarışında rayon üzrə II yer, minifutbol yarışında isə rayon üzrə I yer tutmuşdur.
İclas zamanı direktor, direktor müavinləri və bir qrup müəllim heyətinin çıxışı dinlənildi.
Sonda isə bu il məktəbə yeni təyin olunmuş müəllimlər kollektivə təqdim olundu və onların andiçmə mərasimi keçirildi. Gənc müəllimlər müqəddəs kitaba əllərini qoyaraq müəllim andını səsləndirdilər və məktəb kollektivi adından onlara gül dəstələri təqdim olundu.
Yeni tədris ilində 67 nömrəli tam orta məktəbin kollektivinə və bütün təhsil işçilərinə uğurlar diləyir, təhsilimizin inkişafı uğrunda şərəflə və ləyaqətlə xidmət etməyi arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi