Sabahın bünövrəsini birlikdə quraq

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Sabahın bünövrəsini birlikdə quraq” adlı layihənin açılış tədbiri – dəyirmi masa keçirildi.
2 sentyabr 2019–cu il tarixində 155 nömrəli tam orta məktəbdə keçirilən açılış tədbirində Sabunçu rayonundan 5 məktəbin – 67, 170, 68, 215, 155 nömrəli tam orta məktəbin direktor və direktor müavinləri ilə yanaşı ibtidai sinif müəllimləri və informatika müəllimləri də iştirak edirdi.
Layihənin rəhbəri Ruhiyyə İbrahimova tədbiri açıq elan etdikdən sonra məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədova layihə haqqında iştirakçılara məlumat verdi. O, bildirdi ki, layihənin əsas məqsədi şagirdlərimizin elm, texnologiya, mühəndislik, riyaziyyat və yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraq öyrənməklə atmalarına, bu yaş dövrü üçün maraq duyğusunun təşviqinə və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etməkdir. Bu layihə XI əsrin ən vacib bacarıqlarını ən kiçik yaşlardan tədris etməyi qarşısına məqsəd qoyan STEM (Science, Technology, Engineering, Math) təhsil layihəsini dəstəkləyir. Proqram şagirdləri aktiv, yaradıcı olmağa təşviq edir. Robot dəstləri ilə işləmək bacarığı, həmçinin uşaqlarda sərbəst düşünmək, tətbiq etmək, fikir yürütmək, müqayisə, kollektiv fəaliyyət və s. keyfiyyətlərlə yanaşı onların yaradıcılığını inkişaf etdirir.
Həmçinin bu layihə uşaqların diqqətini gücləndirmək, bədii və estetik bacarıqları artırmaq, məntiqi təfəkkürü, problem həll etmə bacarığı və özünə inamı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.
Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin İnkişaf Layihələri Sektorunun baş məsləhətçisi Sevinc Əzimova çıxış edərək layihə rəhbərini təbrik etdi və gələcəkdə digər məktəblərin də belə müsabiqələrdə iştirak edərək öz layihə təkliflərini irəli sürmələrini tövsiyyə etdi. Belə layihələr müəllim və şagirdlərdə məlumat toplamağa marağı artırır, ölkəmizdə bütün sahələrin sürətlə inkişaf etməsinə zəmin yaradır.

Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi