67 nömrəli tam orta məktəbin 2018-2019-cu tədris ilinin yekununa dair qəbul nəticələri

   Bu xəbəri paylaşmazdan öncə qeyd etmək istəyirik ki, məktəb yalnız alim yetişdirməyə xidmət edən müəssisə deyil. Məktəb cəmiyyətə faydalı olacaq və gələcək həyatında tutduğu mövqedə uğur qazanacaq şəxsiyyətlər yetişdirən təhsil ocağıdır. Ali məktəbə qəbul olan məzunlarımızla yanaşı, qəbul ola bilməyən məzunlarımız da bizim üçün olduqca dəyərlidir və onların da gələcəkdə fərqli sahələrdə cəmiyyətimizə faydalı ola biləcəklərinə inanırıq.
Ali məktəblərə qəbul olan bütün məzunlarımızı təbrik edir və 67 nömrəli tam orta məktəbin 2018-2019-cu tədris ilinin yekununa dair qəbul nəticələri ilə sizləri tanış edirik.
2018-2019-cu tədris ilinin yekun nəticələri haqqında məlumat:
XI sinif şagirdlərinin sayı: 145 nəfər.
Məzunların sayı: 144 nəfər.
Abituriyentlərin sayı: 144 nəfər.
Qəbul olanlar: 84 nəfər ( 58,3 ℅).
500-600 bal toplayan abituriyentlər: 14 nəfər.
650-dən yuxarı bal toplayan: 1 nəfər.
Bütün məzunlarımıza gələcək həyatlarında uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi