67 nömrəli tam orta məktəbin "Aslanlar" komandasının növbəti qələbə sevinci

   10 avqust tarixində Pirşağı qəsəbəsində yerləşən "Həyat" ailəvi istirahət mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş "12 avqust Beynəlxalq Gənclər Günü" münasibəti ilə keçirilən Çimərlik voleybolu yarışında məktəbin həm kişilərdən, həm də qadınlardan ibarət yığma komandası II yer tutmuşdur.
Qadınlardan ibarət voleybol komandasının tərkibində məktəbin fiziki tərbiyə müəllimlərindən Cəmilova Nəzakət və Aslanova Xəyalə, məktəbin şagirdi Məmmədova Xədicə iştirak etdilər. Kişilərdən ibarət komandada isə fiziki tərbiyə müəllimlərindən Əliyev Mahir və Eminov Ramil, məktəbin şagirdi Cəmilli Elvin iştirak etdilər.
Qələbə münasibəti ilə "Aslanlar" komandasını və məktəb kollektivini təbrik edir, növbəti yarışlarda birinci olmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi