Azərbaycan qonaqpərvər ölkədir

67 nömrəli tam orta məktəbdə növbəti tədbir keçirildi. Tədbir "Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi" mövzusuna həsr olunmuşdu. Tədbirin təşkilatçıları məktəbin fiziki tərbiyə müəllimlərindən Nəzakət Cəmilova və Kamil İsmayılov, musiqi müəllimi Sevil Ağamalıyeva hazırladıqları maraqlı çıxışları ilə qonaqlara faydalı məlumatlar verdilər. Tədbirdə mövzuya uyğun videoçarxlar nümayiş etdirildi.