67 nömrəli məktəbdə 2008-2019 məzunlarının "Son zəng" tədbiri

  67 nömrəli tam orta məktəbdə 2008-2019-cu il məzunları üçün "Son zəng" tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdrinin müavini Ədalət Teymurov və Bakı ŞəhərTəlimə Dəstək Mərkəzinin nümayəndəsi Xatirə Əsədova iştirak etdilər. Tədbir iki hissədən ibarət oldu. I hissədə müəllim və məzunların iştirakı ilə hazırlanmış ədəbi-bədii kompazisiyalar nümayiş etdirildi. Məktəbin direktoru İradə Bayramovanın hazırladığı sürpriz rəqs və direktor müavini Məleykə Muradova ilə fiziki tərbiyə müəllimi Xəyalə Aslanovanın hazırladıqları sürpriz mahnı valideyn və məzunlara duyğulu anlar yaşatdı. II hissədə isə məzunlar üçün əyləncəli məzuniyyət gecəsi keçirildi. Məzunlarımıza müstəqil həyatda uğur, xoşbəxtlik arzu edirik. Həyat yolları işıqlı, gələcəkləri parlaq olsun, xoş sədaları ilə hər zaman müəllim və valideynlərinin fəxri olsunlar. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi