Eminli Zeynəbin müalicəsi üçün keçirilən xeyriyyə yarmarkası

   11 iyun 2019-cu il tarixində 67 nömrəli tam orta məktəbdə xeyriyyə yarmarkası keçirildi. Xeyriyyə yarmarkası məktəbin I sinif şagirdi Eminli Zeynəb Seyran qızının səhhətində yaranan ciddi problemin müalicəsi üçün lazım olan məbləğin əldə olunması məqsədilə keçirildi. Yarmarkada əməyi keçən hər kəsə kollektivimiz adından təşəkkür edirik.
Xatırladaq ki, 9 iyun tarixində keçirilən xeyriyyə konsertindən və 11 iyun tarixində keçirilən xeyriyyə yarmarkasından toplanılan məbləğ Eminli Zeynəbin müalicəsi üçün valideynlərinə təhvil verildi.
Zeynəbin Türkiyədə keçirilməsi nəzərdə tutulan əməliyyatının uğurlu olmasını arzu edir və Allahdan ona şəfa diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi