Eminli Zeynəbin müalicəsi üçün keçirilən xeyriyyə konserti

  9 iyun 2019-cu il tarixində 67 nömrəli tam orta məktəbdə xeyriyyə konserti təşkil olundu. Xeyriyyə konserti məktəbin I sinif şagirdi Eminli Zeynəb Seyran qızının səhhətində yaranan ciddi problemin müalicəsi üçün lazım olan məbləğin toplanması məqsədilə keçirildi. Konsertdə məktəbin istedadlı şagirdləri ilə yanaşı, məzunumuz, "O səs Türkiyə" iştirakçısı Fidan Hüseynova, məşhur müğənnilərdən xalq artisti İzzət Bağırov, əməkdar artist Emil Bədəlov, aktyor, müğənni Coşqun Viləş, əməkdar artist, məşhur skripka ifaçısı Səlim Abbasov, gənc müğənnilərdən Əlikişi Əliyev və Röyal Yaşar, AzTV-nin solisti Fəxri Kazım Nicat iştirak etdilər.
Xeyriyyə konsertində iştirak edən, məktəbimizə dəstək olan bütün qonaqlarımıza şagird, valideyn və müəllim kollektivimiz adından sonsuz təşəkkürlər.
Allah Zeynəbə və bütün xəstələrə şəfa versin. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi