"Qəhrəmanlar unudulmur" rubrikası VIII "ə" sinfində

  67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
Məktəbin direktor müavini Gülnarə Bağırovanın təşkilatçılığı ilə VIII "ə" sinfində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Nofəl Zahid oğlu Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Şəhidin həyat yoldaşı Furadan Xəlilova, oğlu İlkin Quliyev, Nəsimi Rayon Veteranlar Şöbəsinin sədri Elmar Hüseynov, Nofəl Quliyevin döyüş yoldaşları, təqaüddə olan keçmiş xüsusi təyinatlı polislərdən Etibar Allahverdiyev ( Milli Qəhrəmanın son anlarında yanında olan komandiri), Saleh İsmayılov, Salman Xudaverdiyev, İlqar İbrahimov, Almas Xəlilov, Aydın İsayev, Eldar Qurbanov, Əməkdar jurnalist və müharibə veteranı Əntiqə Qonaq, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva tədbirdə qonaq oldular. Məktəb kollektivindən direktor İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Ceyran Məmmədova, müəllimlərdən Sevil Ağamalıyeva, Zülfiyyə Ələsgərova və bir qrup valideyn heyəti tədbirdə iştirak etdilər. Qonaqlar şagirdlərin çıxışlarını dinlədilər, şagirdlər tərəfindən hazırlanmış videoçarxı maraqla izlədilər.
Xatırladaq ki, tədbirdən bir müddət öncə sinif şagirdləri Gülnarə Bağırova ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyevin ailəsinin qonağı olmuş, Qəhrəmanla bağlı xatirələrini dinləmiş, ona aid olan şəkillərlə tanış olmuşlar.
Tədbirin sonunda Şəhidin döyüş yoldaşları və digər qonaqlar ürək sözlərini iştirakçılarla bölüşdülər və məktəbdən xoş təəsüratlarla ayrıldılar.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.

 

https://youtu.be/Yj-G2vLnwX0

https://youtu.be/jI0RGmKQT5s

http://olaylar.az/news/sosial/336319?fbclid=IwAR2qWQMhO-yiF2nPZQUJXkJPbK9uGg50xTkY8YqTgl_vxnDtoSvPVYy_8Qo

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi