"Qəhrəmanlar unudulmur" rubrikası III "c" sinfində

   Məktəbin ibtidai sinif müəllimi Lamiyə Seyfullayevanın təşkilatçılığı ilə III "c" sinfində Azərbaycanın Milli Qəhrəmanı Əliyev Əmiraslan Rza oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər vətənpərvər ruhda çıxışları ilə qonaqlara duyğulu anlar yaşatdılar. Məktəbin direktoru İradə Bayramova, direktor müavinlərindən Ceyran Məmmədova və Səbahət Ağayeva, psixoloq Lalə Tağıyeva, bir qrup müəllim və valideyn heyətinin qonaq olduqları tədbirdə Milli Qəhrəmana həsr olunmuş maraqlı videoçarx nümayiş etdirildi.
Azərbaycan Resrublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
"N" saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılmış və büstü qoyulmuşdur. "N" saylı sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi