Valideynin məktəbdə bir günü

  67 nömrəli tam orta məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi. Görüş zamanı valideynlər qruplara bölünərək təlim-tədris prosesinə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirdilər, məktəbdə qonaq olan psixoloq Hacı Teymurun tövsiyyələrini dinlədilər. Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış oldular. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumatlar verildi. Valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirildi.
Müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsi böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi