"Qəhrəmanlar unudulmur" rubrikası VII "f" sinfində

  67 nömrəli tam orta məktəbin informatika müəllimi Səbinə Əliyevanın təşkilatçılığı ilə VII "f" sinfində Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İslam oğlu İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru İradə Bayramova və direktor müavini Məleykə Muradova iştirak etdilər. Şagirdlər Milli Qəhrəmana həsr olunmuş şeirlər səsləndirdilər, musiqilər ifa etdilər.
Tədbirdən sonra müəllim, şagirdlər və bir qrup valideyn heyəti Milli Qəhrəman Nurəddin İbrahimovun həyat yoldaşı Zabitə İbrahimovanın çalışdığı 125 nömrəli məktəbdə qonaq oldular. Zabitə xanımın həyat yoldaşı haqqında xatirələrini dinlədilər və məktəbdə yaratdığı guşə ilə tanış oldular.
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə İbrahimov Nurəddin İslam oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsində onun adına küçə var. Buradakı Mədəniyyət evi də onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi