"Qəhrəmanlar unudulmur" rubrikası IX "f" sinfində

   Məktəbin riyaziyyat müəllimi Arzu Bağırovanın təşkilatçılığı ilə IX "f" sinfində Azərbaycanın Milli Qəhrəmanı Sergey Aleksandroviç Senyuşkinin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Şəhidin həyat yoldaşı Marina Senyuşkina məktəbdə qonaq oldu və şagirdlərin çıxışlarını maraqla izlədi. Həyat yoldaşı haqqında xatirələrini danışan Marina xanım bütün iştirakçılara duyğulu anlar yaşatdı. Sonda məktəbin direktoru İradə Bayramova qonağa 67 nömrəli məktəbin 120 illik tarixindən bəhs edən kitabı hədiyyə etdi və iştirakçılarla birlikdə xatirə şəkli çəkdirdilər.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Samara vilayətinin Sızran şəhərində dəfn edilib.
Bakının Xətai rayonunda adına küçə var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi