Şagirdlərdə milli-mənəvi və ümumbəşəri dəyərlərin düzgün formalaşdırılması

   67 nömrəli tam orta məktəbdə şagirdlərdə milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Məktəbin direktoru İradə Bayramovanın təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması. AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən işlər. AXC-nin görkəmli nümayəndələri" mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə "İstiqlal yürüşü 1918" kitabının və bəzi tarixi kitabların müəllifi, tarixi faktların araşdırılması ilə məşğul olan hərbi tarixçi Ağayev Yusif Şükür oğlu qonaq oldu. O, mövzu ilə bağlı geniş və ətraflı çıxış etdi, şagirdlərin suallarını cavablandırdı. Daha sonra Yusif Ağayev müəllifi olduğu kitabları məktəbə hədiyyə etdi.
Tədbirdə məktəbin direktor müavinlərindən Ceyran Məmmədova və Məleykə Muradova, tarix müəllimlərindən Səxavət İmanova və Gülşarə Rüstəmova, məktəbin Şagird Özünüidarəetmə Orqanının nümayəndələri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi