Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti

  67 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam etməkdədir.
Növbəti tədbir milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması istiqamətində keçirilən, "Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti" mövzusuna həsr olunan seminar oldu. Məktəbin tarix müəllimlərindən Ziyafət Məhərrəmov və Məlahət Mirzəyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə "Kiçik akademiyanın" nümayəndələri iştirak etdilər. Məktəbin direktor müavinlərindən Azad Kələşov və Səbahət Ağayevanın, tarix müəllimi Arifə İsmayılovanın qonaq olduqları seminarda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirildi, mövzu ətrafında söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi