Çiçəklənən Azərbaycan Prezident İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir

   Məktəbimizdə keçirilən növbəti tədbir "Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi" mövzusuna həsr olundu. Məktəbin direktor müavini Məleykə Muradovanın təşkilatçılığı ilə keçirilən tədbirdə mövzuya həsr olunmuş videoçarx nümayiş etdirildi, Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirliyinin nümayəndələrinin çıxışları dinlənildi, müəllim və şagirdlər arasında fikir mübadiləsi aparıldı.
Məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova və Gülnarə Bağırova, kitabxana müdiri Həmayıl Hacıyeva, musiqi müəllimi Sevil Ağamalıyeva və təsviri incəsaənət müəllimi Sevil Sultanovanın iştirakı ilə keçirilən tədbirdə ölkəmizin müxtəlif sahələrdə güclü inkişafı barədə fikirlər səsləndirildi.
Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasəti bütün istiqamətlərdə müsbət dinamika, inkişafa səbəb olur. Təkcə daxili deyil, eləcə də xarici siyasət sahəsində atılan uğurlu addımlar ölkəmizin beynəlxalq aləmədəki yeri və rolunu möhkəmləndirməklə yanaşı, ona olan marağı, diqqəti artırır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəli artmaqdadır. Bu nüfuzun qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələr üzrə, o cümlədən beynəlxalq sahədə müstəqil siyasət həyata keçirir.
Uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması baxımından məktəblərdə bu mövzuya həsr olunmuş tədbirlərin keçirilməsi çox önəmlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi