"Qəhrəmanlar unudulmur" rubrikası IX "ç" sinfində

  Məktəbin fizika müəllimi Şamama Qafarovanın rəhbərliyi ilə IX "ç" sinfində Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Kərəm Ərşad oğlunun xatirəsi yad edildi. Şəhidin bacısı Vüsalə Abbasova məktəbimizin qonağı oldu. O, əvvəlcə məktəbin direktoru İradə Bayramova ilə, daha sonra sinif rəhbəri və şagirdlərlə görüşdü, qardaşının xatirəsinə həsr olunmuş sinif guşəsi ilə tanış oldu.
Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Şəhid anadan olduğu Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırılmışdır.
Xanlıq kənd orta məktəbi onun adını daşıyır, bu məktəb hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi