İnsan hüquqlarının qorunması
67 nömrəli tam orta məktəbdə növbəti seminar keçirildi. Seminar "Hüquqlarımı necə qoruyuram" mövzusuna həsr olunmuşdu. Məktəbin tarix müəllimi Məlahət Mirzəyeva və psixoloq Lalə Tağıyevanın təşkilatçılığı ilə keçirilən seminarda mövzu ilə bağlı fikirlər səsləndirildi, şagirdlərə məsləhətlər verildi. Tədbir "Kiçik akademiya"nın nümayəndələrinin iştirakı ilə keçirildi.