"Qəhrəmanlar unudulmur" rubrikası III "e" sinfində

   67 nömrəli tam orta məktəbin III "e" sinfində sinif rəhbəri Mərziyyə Mirzəliyevanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, SSRİ idman ustası Abbasov Mehdi Yusif oğluna həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər vətənpərvər ruhda şeirlər və mahnılar ifa etdilər. Məktəbin direktoru İradə Bayramova və direktor müavini Səbahət Ağayeva sinfin qonağı oldular.
III "e" sinfi müəllimləri ilə birlikdə Milli Qəhrəmanın məzarını ziyarət etmək məqsədilə Şəhidlər xiyabanına yollandılar.
Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. 
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
2018-ci ildə İsmayıllıda Mehdi Abbasovun həyat və döyüş yoluna həsr olunan "Xüsusi təyinat" filminin təqdimatı keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi