"Qəhrəmanlar unudulmur" rubrikası III "d" sinfində 

   Məktəbin III "d" sinfində ibtidai sinif müəllimi Lalə Hümbətovanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva, ibtidai sinif müəllimlərindən Lamiyə Seyfullayeva və Şölə Vəliyeva, musiqi müəllimi Sevil Ağamalıyeva iştirak etdilər. Şagirdlər Milli Qəhrəmana həsr olunmuş şeirlər, musiqilər səsləndirdilər.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsə də, təltif olunan Fred Asif bu addan imtina etdi. Asifin cavabı isə çox qəti və məntiqli oldu:
"Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq."
Asif Məhərrəmova "Fred" ləqəbini ona 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə veriblər.
Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra prezident Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa etdi və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi