Şagirdlərin Bakı Gənclər Mərkəzinə ekskursiyası

   67 nömrəli tam orta məktəbin VI "ç" və VIII "g" sinif şagirdləri, məktəbin direktor müavini Məleykə Muradova və fiziki tərbiyə müəllimi Nəzakət Cəmilova ilə birlikdə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzinə ekskursiyaya yollandılar.
Şagirdlər ümumi sahəsi 5800 kvadratmetr olan Gənclər Mərkəzində yaradılan şəraitlə və sakinlərin istifadəsinə verilən kurslarla, dərnəklərlə tanış oldular. Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto və poliqrafiya studiyaları, fortepiano və rəqs zalları yaradılıb. Burada həmçinin kiçik konfrans zalı, Gənclər kafesi, virtual sinif, kompüter, xarici dil kursları və linqafon, rəsm, intellektual oyun və şahmat otaqları da mövcuddur. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilmişdir.

 

http://sabunchu-ih.gov.az/page/398.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi