"Qəhrəmanlar unudulmur" rubrikası VI "b" sinfində 

   Məktəbin VI “b” sinfində sinif rəhbəri Arifə İsmayılovanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Eyvazov Qorxmaz Abış oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Qəhrəmanın oğlu Asəm Eyvazov, əmisi oğlu Murad Eyvazov qonaq oldular. Qəhrəmanın yaxınları ilə bu sinfin ikinci görüşü idi. İlk görüşləri Şəhidin məzarını ziyarət etmək üçün yollandıqları Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında olmuşdu. Sinifdəki tədbirin məhz 18 mayda keçirilməsinin səbəbi Milli Qəhrəmanımız Qorxmaz Eyvazovun anadan olduğu Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ilinin həmin günə təsadüf etməsi idi.
Tədbirdə həmçinin məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Ceyran Məmmədova, müəllimlərdən Sədaqət Məmmədova və sinfin valideynləri iştirak etdilər. Şagirdlərin maraqlı çıxışlarını izlədikdən sonra məktəbimizin tarixini özündə əks etdirən “Üç əsrin şahidi” adlı kitab qonaqlara xatirə olaraq təqdim olundu. Şəhidin oğlu və əmisi oğlu öz ürək sözlərini ifadə etdilər və tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildirdilər. Daha sonra qonaqlar çay süfrəsi arxasında söhbətə davam etdilər.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi