“Qəhrəmanlar unudulmur” rubrikası VI "d" sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
Məktəbin VI "d" sinfində sinif rəhbəri Sədaqət Məmmədovanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əliyev Yavər Yaqub oğluna həsr olunmuş tədbir keçirildi. Şagirdlər vətənpərvər ruhda şeirlər səsləndirdilər, səhnəcik nümayiş etdirdilər. Qəhrəmana həsr olunmuş videoçarx qonaqlara təsirli anlar yaşatdı. Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavinlərindən Ceyran Məmmədova və Məleykə Muradova, sinfin valideyn heyəti iştirak etdilər.
Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır. Milli Aviasiya Akademiyası onun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi