“Qəhrəmanlar unudulmur” rubrikası XI "c" sinfində

   67 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sulidə Rüstəmovanın təşkilatçılığı ilə XI "c" sinfi adını daşıdıqları Milli Qəhrəman Səfərov Cəlil Əziz oğlunun məzarını ziyarət etmək məqsədilə Şəhidlər xiyabanına yollandılar. Şagirdlər Şəhidin məzarını təmizlədikdən sonra üzərinə qızıl gül və qərənfillər qoydular, dualar oxudular.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi