“Qəhrəmanlar unudulmur” rubrikası VII "b" sinfində

   67 nömrəli tam orta məktəbin musiqi müəllimi Sevil Ağamalıyevanın təşkilatçılığı ilə VII"b" sinfində Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Fikrət Əli oğlunun xatirəsi yad edildi. Qəhrəmanın həyatına və döyüş yoluna həsr olunmuş şeirlər, mahnılar səsləndirildi, videoçarx və səhnəciklər nümayiş etdirildi. Tədbirdə Milli Qəhrəmanın bacısı Hacıyeva Əsli Əli qızı iştirak etdi. O, qardaşı haqqında xatirələrindən danışdı. Tədbirdə həmçinin məktəbin direktoru İradə Bayramova, direktor müavinlərindən Ceyran Məmmədova və Səbahət Ağayeva, ibtidai sinif müəllimi Növrəstə Nəsrullayeva qonaq oldular.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.
Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi