“Qəhrəmanlar unudulmur” rubrikası II "g" sinfində

   67 nömrəli məktəbin II "g" sinfində Fatma Əliyevanın təşkilatçılığı ilə Milli Qəhrəman Həsənov Tahir Tofiq oğluna həsr olunmuş tədbir keçirildi.Qəhrəmanın anası Qalibə Budaqova, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı ilə yanaşı məktəbin direktoru İradə Bayramova, direktror müavini Səbahət Ağayeva, ibtidai sinif müəllimləri Nəsibə Xankişiyeva,Təranə Əlisoy tədbirin qonağı oldular.
II "g" sinfi sinif rəhbəri ilə birlikdə tədbirdən öncə Şəhidin məzarını ziyarət etdilər.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi