“Qəhrəmanlar unudulmur” rubrikası VII “ç” sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
Məktəbin riyaziyyat müəllimi Ceyran Quliyeva rəhbərlik etdiyi VII "ç" sinfində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Hüseynov Rövşən Şamil oğluna həsr olunmuş tədbir keçirdi. Şəhidin xatirəsinin yad edildiyi tədibirdə şagirdlər ona həsr olunmuş şeirlər səsləndirdilər, Milli Qəhrəmanın həyatından və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirdilər. Məktəbin direktor müavini Ceyran Məmmədova və Azərbaycan dili müəllimi Solmaz İsmayılova şagirdlərin çıxışlarını maraqla izlədilər.
Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər. Rövşən Hüseynov tələbələrlə birlikdə "N" saylı batalyona təhkim etmişdilər.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi