“Qəhrəmanlar unudulmur” rubrikası II “ə” sinfində

II "ə" sinfində ibtidai sinif müəllimi Təranə Əlisoyun təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun 73 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Allahverdi Bağırovun bacısı Almaz Bağırova və oğlu Elşən Bağırov, həmçinin məktəb kollektivindən məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva, məktəbin musiqi müəllimi Sevil Ağamalıyeva, ibtidai sinif müəllimlərindən Gülnaz Əliyeva, Sevda Eminova, Aysel Məmmədova, Nəsibə Xankişiyeva iştirak etdilər. 
Qəhrəmanın bacısı Almaz Bağırova qardaşının uşaqlıq illərindən, necə vətənpərvər ruhda böyüməsindən bəhs etdi, şagirdlərin çıxışını maraqla izlədi. Daha sonra qonaqlarla xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi