“Qəhrəmanlar unudulmur” rubrikası II “d” sinfində

   II "d" sinfində sinif rəhbəri Aysel Məmmədovanın təşkilatçılığı ilə Milli Qəhrəman Maşallah Abdullayev Babakişi oğluna həsr olunmuş tədbir keçirildi. Şagirdlər maraqlı çıxışları ilə Azərbaycanın Milli Qəhrəmanının döyüşlərdə göstərdiyi igidliklərindən, həyat yolundan bəhs etdilər, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva və tibb bacısı Təranə Namazova qonaq oldular.
Maşallah Abdullayev Babakişi oğlu Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, həmçinin "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi