“Qəhrəmanlar unudulmur” rubrikası I “d” sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
Məktəbin ibtidai sinif müəllimi Ülviyə Fərmanovanın təşkilatçılığı ilə I "d" sinfində Milli Qəhrəman Əkbərov Rövşən Telman ogluna həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər, musiqilər səsləndirdilər. Məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Agayeva, ibtidai sinif müəllimləri İlhamə Rzayeva və Gülbəniz Teymurova, məktəbin VMA rəhbəri Naibə Əhmədova və sinfin valideyn heyəti tədbirdə iştirak etdilər.
Əkbərov Rövşən Telman oglu Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi