“Qəhrəmanlar unudulmur” rubrikası II “e” sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
Məktəbin II "e" sinfində ibtidai sinif müəllimi Xalidə Qasımovanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Ağayev Faiq Alış oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər şeir, musiqi ifa etdilər, səhnəcik nümayiş etdirdilər. Məktəbin direktor müavini Səbahət Ağayeva, Ağayeva, ibtidai sinif müəllimləri Təranə Əlisoy, Lalə Hümbətova və bir qrup valideyn heyəti tədbirdə qonaq oldular.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi