“Qəhrəmanlar unudulmur” rubrikası I “e” sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir. Növbəti tədbir Səmayə İbrahimovanın rəhbərlik etdiyi I “e” sinfində keçirildi. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə məktəbin direktor müavini Səbahət Ağayeva, musiqi müəllimi Sevil Ağamalıyeva, ibtidai sinif müəllimləri Fəridə Quliyeva və Səadət Əliyusifova, laborantlardan Züleyxa Eminova və Sərfinaz Həsənova qonaq oldular.
Milli Qəhrəman Laçın uğrunda gedən döyüşlərdə iştirak edib, Laçın dəhlizində həlak olub. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi