“Qəhrəmanlar unudulmur” rubrikası II “f” sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusunda yeni layihə həyata keçirilir. Bu məqsədlə məktəbin II "f" sinif şagirdləri sinif rəhbəri Gülnaz Əliyeva və valideyn kollektivi ilə birlikdə adını daşıdıqları Milli Qəhrəman Axundov Səfa Fətulla oğlunun əziz xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanına yollandılar. Şəhidin məzarı üstə əklil və qərənfillər qoydular, Səfa Axundova həsr olunmuş şeirlər səsləndirdiər, dualar etdilər.
Daha sonra sinifdə Milli Qəhrəman Axundov Səfa Fətulla oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Şagirdlərin maraqlı çıxışları ilə yadda qalan tədbirdə Şəhidin qardaşı Əbdül Səfabəyli iştirak edirdi. O, qardaşı haqqında xatirələrini danışdı, şagirdlərə onun uşaqlıq illərindən, döyüşlərindən bəhs etdi. II "f" sinfi və sinif rəhbəri Gülnaz Əliyeva adından Əbdül bəyə qardaşının xatirəsinə həsr olunmuş təşəkkürnamə təqdim olundu. Daha sonra qonaq şagirdlərimizə gətirdiyi hədiyyələri payladı və söhbətinə valideynlərlə, müəllimlərlə birlikdə çay süfrəsi arxasında davam etdi.
Tədbirdə məktəbin direktoru İradə Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavini Məleykə Muradova, ibtidai siniflər üzrə direktor müavini Səbahət Ağayeva və sinfin valideyn heyəti iştirak etdilər.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.

 

https://youtu.be/zAHhcU_CIVI

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi