“Qəhrəmanlar unudulmur” rubrikası VII “ə” sinfində

67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir. Növbəti tədbir Rəna Məmmədovanın təşkilatçılığı ilə VII "ə" sinfində keçirildi. Tədbirdə sinfə adı verilən Milli Qəhrəman Xəlilov Eldar Xəlil oğlunun xatirəsi yad edildi. Məktəbimizdə qonaq olan Şəhidin anası Tərlan Xəlilova, bacısı Zərnişan Abıyeva, bacısının həyat yoldaşı və Şəhidin döyüşlərdə komandiri olan Nizami Abıyev, Şəhidin adını daşıyan qardaşı oğlu Eldar Xəlilov qəhrəmanımız haqqında öz xatirələrini danışdılar və tədbiri maraqla izlədilər. Tədbirdə həmçinin məktəb rəhbərliyindən məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Gülnarə Bağırova, Azərbaycan dili müəllimi Zülfiyyə Ələsgərova və sinfin valideynləri qonaq qismində iştirak etdilər.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

 

https://youtu.be/pSY8l4GHirg

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi