"Qəhrəmanlar unudulmur" rubrikası I "a" sinfində

  67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər keçirilir.
Məktəbin ibtidai sinif müəllimi Gilas Mehdizadənin təşkilatçılığı ilə I "a" sinfində Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırovun xatirəsi yad edildi. Qəhrəmanın həyat yoldaşı Leyla Bağırova, Şəhid Ailələri Müdafiə Cəmiyyətinin Suraxanı Rayon Şöbəsinin sədri Nəsibə Əliyeva, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Suraxanı Rayon Şöbəsinin sədri Sevil İslamova, Şəhid və Milli Qəhrəmanlar ın İctimai Birliyinin fəal üzvü, Milli Qəhrəman Rafiq Alıcanovun həyat yoldaşı Bəturə Alıcanova, məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva, ibtidai sinif müəllimi Rəfiqə Qəribova, musiqi müəllimi Tahirə İsmayılova tədbirin qonağı oldular.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fərmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şirvan şəhərində yaşadığı küçəyə,11 saylı və 59 saylı orta məktəbə onun adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi