"Qəhrəmanlar unudulmur" rubrikası I "ğ" sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər keçirilir.
İbtidai sinif müəllimi İlhamə Rzayevanın təşkilatçılığı ilə I "ğ" sinfində Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Telman oğlu Mirzəyevin xatirəsi yad edildi. Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva, ibtidai sinif müəllimləri Ülviyyə Fərmanova, Təranə Şükürova və sinfin valideyn heyəti iştirak etdilər.
Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi