"Qəhrəmanlar unudulmur" rubrikası II "c" sinfində

67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər keçirilir.
Məktəbin ibtidai sinif müəllimi Leyla Abdullayevanın təşkilatçılığı ilə II "c" sinfində
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Rövşən Nəriman oğlunun xatirəsi yad edildi. Tədbirdə qəhrəmanın bacısı, onun təhsil aldığı və adının verildiyi Xətai rayonu 254 saylı orta məktəbin riyaziyyat müəllimi Fəridə Əliyeva, 67 nömrəli məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva qonaq oldular.
Əliyev Rövşən Ağdam bölgəsindəki döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi