"Qəhrəmanlar unudulmur" rubrikası III "a" sinfində

67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər keçirilir.
III "a" sinfində sinif rəhbəri Qətibə Ələsgərovanın təşkilatçılığı ilə
Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktor müavini Səbahət Ağayeva və sinfin valideyn heyəti qonaq oldular.
Aznaurov İsgəndər Söhrab oğlu Gədəbəy bölgəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi