İbtidai siniflərdə Ulu öndərin 96 illiyi qeyd olundu

   67 nömrəli tam orta məktəbdə dahi şəxsiyyət, unudulmaz lider Heydər Əlirza oğlu Əliyevin 96 illiyinə həsr olunmuş tədbir keçirildi.
Növrəstə Nəsrullayevanın rəhbərlik etdiyi III ”ğ” sinfinin şagirdlərinin iştirakı ilə keçiriən tədbir olduqca maraqlı və rəngarəng oldu. Tədbirin açılışında Növrəstə Nəsrullayeva Ulu öndər haqqında xoş xatirələr səsləndirdi. Tədbirdə riyaziyyat və tanınmış riyaziyyatçılar haqqında fikirlər səsləndi, şagirdlər tərəfindən musiqi ifa edildi, rəqs nümayiş etdirildi və viktorina keçirildi. Münsiflər heyətinin tərkibində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova və Səbahət Ağayeva, musiqi müəllimi Sevil Ağamalıyeva, riyaziyyat müəllimləri Arzu Bağırova və Səadət İsgəndərova, ibtidai sinif müəllimi İradə Həsənova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi