Əbədiyaşar liderimiz Heydər Əliyevin 96-cı ildönümü qeyd olundu

   67 nömrəli tam orta məktəbin direktor müavini Məleykə Muradovanın təşkilatçılığı ilə məktəbin bir qrup şagird heyəti Ulu öndərimiz Heydər Əliyevin 96-cı idönümü münasibətilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində oldular. İlk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər qoyuldu, Əbədiyaşar liderin əziz xatirəsi yad edildi. Daha sonra Bakı Gənclər Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlardan ibarət Heydər Əliyev muzeyinə baxış keçirildi. Ən sonda isə Uu öndərimizin həyat və fəaliyyətinə həsr olunmuş qısa film izlənildi. Tədbirdə məktəbin VI "ç" sinfinin şagirdləri və bir neçə valideyni ilə yanaşı, fiziki tərbiyə müəllimi Nəzakət Cəmilova və onun rəhbərlik etdiyi VIII "g" sinfinin şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi