Vətən məhəbbəti mənəvi ucalıq nümunəsidir

   Şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə, habelə müharibə veteranları, Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri ilə görüşlərin təşkili davam etməkdədir.
Gənclərin çağırışaqədərki hazırlıq müəllimi, hərbi rəhbər Oktay Əhmədovun təşkilatçılığı ilə məktəbimizdə ordu quruculuğuna həsr olunmuş tədbir keçirildi. Tədbirdə II qrup Qarabağ əlili, mayor Vəliyev Kamandar Mansur oğlu, XI sinif gənclərin çağırışaqədərki hazırlıq dərsliyinin müəllifi Əsgərov İntiqam Ziyatxan oğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin G.Ç.H. üzrə metodisti Qurbanov Mürsəl Salman oğlu iştirak etdilər. Məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova, Məleykə Muradova və Gülnarə Bağırova, tarix müəllimləri Gülşarə Rüstəmova və Səxavət İmanova, məktəbin Valideyn Müəllim Assosasiyasının rəhbəri Naibə Əhmədova və bir qrup şagird heyətinin iştirakı ilə keçirilən tədbir olduqca maraqlı və əhəmiyyətli mövzunu əhatə edirdi.
Tədbirin təşkilinə görə Hərbi rəhbər Oktay Əhmədova təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi