Müstəqilliyə gedən yolda işıq saçan mayak

   Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur. 
Böyük Həzrəti-Peyğəmbərimizin hədislərinin birində deyilir ki, «Hər bir fəaliyyətin 
dəyəri onun nəticələri ilə ölçülür». Bu mənada dahi şəxsiyyət - Heydər Əliyevin bir qərinədən artıq siyasi və dövlət rəhbərliyinin real yekunu bu gün dünyada öz dəsti-xətti, öz mövqeyi, öz imzası olan müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi, beynəlxalq birlikdə özünə layiq yer tutmasıdır... 
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Bu gün hər bir azərbaycanlı öz müstəqilliyini azadlığın banisi, dahilərin dahisi Heydər Əlirza oğlu Əliyevə borcludur. Ulu öndərimizi qəlbimizdə daima yaşadır və hər zaman fərəhlə anırıq.

 

https://youtu.be/6HhMgGs8F3E

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi