Vətənpərvərlik mövzusunda növbəti müsabiqə

   67 nömrəli tam orta məktəbdə direktor müavini Məleykə Muradova və informatika müəllimi Səbinə Əliyevanın birgə təşkilatçılığı ilə "Vətənin qəhrəman oğulları" mövzusuna həsr olunmuş ən yaxşı videoçarx və ən yaxşı təqdimat müsabiqəsi keçirildi. Müsabiqədə ümumilikdə əlliyə yaxın sinif təmsil olundu. Şagirdlər Movie Maker proqramında hazırladıqları videoçarxları və PowerPaint proqramında hazırladıqları təqdimatları nümayiş etdirdilər. Daha sonra münsiflər heyəti tərəfindən verilən ballar hesablandı və qaliblər müəyyən olundu. Qaliblər diplomla təltif olundular.
Münsiflər heyətinin tərkibində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova və Məleykə Muradova, Azərbaycan dili müəllimləri Tamara Kələşova və Tamilə Calalzadə, informatika müəllimi Səbinə Əliyeva və təsviri incəsənət müəllimi Diləfruz Rüstəmova iştirak edirdilər.
Qalibləri təbrik edir, uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi